İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq - Rəsmi

Oxunma sayı: 305
22-01-2021, 16:20

İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq - Rəsmi
“Qarşıdakı iki həftə ərzində tibbi işçilərimizin vaksin olunması prosesi başa çatacaq”.

Bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olacaqlar:

“Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək.

İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayının azalmasına nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir”.

Paylaş
Xəbər lentİ