İsrailli həkimlər səkkiz gün ərzində 141 qazimizi müayinə ediblər, 58 nəfərə protez göz taxılıb – VİDEO

Oxunma sayı: 343
9-03-2021, 19:13

İsrailli həkimlər səkkiz gün ərzində 141 qazimizi müayinə ediblər, 58 nəfərə protez göz taxılıb – VİDEO
“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb.

Bu barədə “YAŞAT” fondu məlumat yayıb.

Bildirilib ki, səkkiz gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.

Qeyd edək ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Səkkiz nəfərlik həkim heyəti Vətən Müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

Paylaş
Xəbər lentİ