Bu gün 2 148 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər ölüb

Oxunma sayı: 316
17-04-2021, 15:30

Bu gün 2 148 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər ölübBu gün 2 148 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər ölüb
Respublikada bu gün koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583, bu günə qədər isə ümumilikdə 3 096 140 test icra olunub.

Paylaş
Xəbər lentİ