Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

Oxunma sayı: 532
26-06-2019, 01:32

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın
Əgər bir hədəfiniz və o hədəfə gedəndə özünüzlə apardığınız dəyərləriniz yoxdursa, yaşamaq çox çətindir...

Lalə Məhərrəmli yazır....

Bilmirəm bu yazının içində siz özünüzü və ya hansısa bir yaxınınızı tapacaqsınız, ya yox, amma bu yazının içində hər kəsə tanış olanlar var. Hər birinizin gördüyü, eşitdiyi, oxuduğu və ya birbaşa iştirak etdiyi proseslər. Hansı cümləni daha çox eşidirsiniz? Yorulmuşam artıq? Tükənmişəm? Bacara bilmirəm? Əlim-qolum qalxmır? İntiharı düşünürəm? Heç nəyin mənası qalmayıb? Başlayıram amma yarıda qoyuram? Bəlkə aşağıdakı bəndlərə nəzər yetirəsiniz?

1. Hər şeydən əvvəl insan birinci soruşmalıdır özündən. Mən niyə yaşayıram? Əgər bir hədəfiniz və o hədəfə gedəndə özünüzlə apardığınız dəyərləriniz yoxdursa çətindir. Mütləq bir plan və ya qeyd dəftəriniz olsun. Hədəflərinizi, arzularınızı yazın. Hara, niyə getdiyinizi tapın. Dəyərlərinizi, sevdiklərinizi qeyd edin. Ömür bir dəfə verilir insana. Onun təkrarı yoxdur. Elə günü sabahdan başlayın

2. Yuxu rejiminiz sizin həyatınızı və ruh sağlığınızı dolayı yolla idarə edir. Onu qaydaya salırsınız, o isə həyatınızı qaydaya salmağa kömək edir. Tez oyanmaqdan başlayın hər şeyə. Saat 5 və ya 6. Çox çətindirsə saat 7-dən başlayın sonra azaldın. Bunun üçün lazımdır ki axşam da yatdığınız vaxta diqqət edəsiniz amma narahat olmayın, tez qalxmaq və səmərəli gün keçirmək özü tez yuxuya getməyə kömək edəcək. Yatmamışdan öncə baxdıqlarınıza diqqət edin. Gərgin qorxu dolu filmlər izləməyin. Hətta yatmazdan azı 1 saat əvvəl telefondan uzaq durun. Sosial şəbəkələrdəki xoş olmayan xəbərlərlə yuxu öncəsi yüklənməyin. Düzgün yuxu rejiminə başlayın.
1ci gündən yox elə günü sabahdan...

3. Bəs səhər tezdən durub nə etməli? Hazır olun ən effektli iki üsul deyirəm. (Təbii ki inanclı insanlar əvvəl ibadətini edir. ) 1. Özünüzə mütləq bir dəftər tutun. Adını nə istəyirsiniz qoyun. Mən "Səhər düşüncələri" qoymuşam. Hər səhər qalxdığınızda o dəftərə azı 2 səhifə düşüncələrinizi yazın. 2 səhifəlik ağlıma heç nə gəlməz deyə düşünməyin. Yazdıqca yazacaqsınız. Özünüz də təəccüblənəcəksiniz. Mövzunu siz seçirsiniz. Duyğularınız, işləriniz, həyata baxışınız, etmək istədikləriniz, müşahidə etdikləriniz və s. Bu mütləq səhər yazılmalıdır duran kimi. Getdikcə yüngülləşdiyinizi hiss edəcəksiniz. Həm də bilmək olmaz bəlkə bu düşüncələr dəftəri kitaba çevrilə və sizə yeni uğurlar gətirə bilər. 2-ci üsul isə 10 dəqiqə heç bir səs və hərəkət olmadan sadəcə sakit oturub nəfəsinizə diqqət vermək. Meditasiya deyək buna. Heç bir şey düşünmürsünüz. Sadəcə nəfəs alıb verməyinizə diqqət edin. Bu üsulun çox faydası var. Əvvəla iradəni gücləndirir. Çünki siz beyninizi məşq etdirirsiniz. Sakitləşdirir və diqqəti gücləndirir. Başlayın amma 1ci gündən yox, günü sabahdan...

4. Gün içində mümkün qədər sosial şəbəkələrdən, telefon, televizordan uzaq qalın. İndi insanların əksərriyətində bağlılıq olduğu üçün bu biraz çətin ola bilər. Əvvəla kiçik aralıqlarla başlayın sonra saatı artırın. Məsələn telefonun zəngli saatını qurun və yarım saatı keçəndə sizə ömrünüzdən oğurladığınız qızıl dəqiqələrinizi xatırlatsın. 1ci gündən yox haaa günü sabahdan...

5. Günün müəyyən vaxtını (siz daha yaxşı bilirsiniz uyğun vaxtı) özünüzü inkişafa ayırın. Kitab oxuyun. Sizcə insanların bir qismi niyə uğur qazana bilir amma başqaları yox? Dünyaya xüsusi istedadlamı gəlirlər? Hər birinin mütləq "day-day"ı olur? Sehrli dəyənəkləri var? Xeyr. Çalışırlar. Çox çalışırlar. Biz yuxuda olanda çalışırlar. Biz həyatımızdan şikayət edəndə çalışırlar. Biz yorulduq deyib yarıda qoyanda çalışırlar. Uğur qazanandan sonra da çalışırlar. Onlar qazanıblar. Çünki çox və effektli, disiplinli çalışıblar. Bugün 3 səhifə, 5 gündən sonra 7 səhifə oxumayıblar. Hər gün günün müəyyən hissəsi çalışmağa və eyni miqdar və vaxt sərf etməyə gedib. Vərdiş ediblər. Başla...amma 1ci gündən yox elə günü sabahdan...

6. Gəlin şikayətləri və problemləri bir müddət bir kənara qoyun. Ciddi deyirəm. Oturun sizi xoşbəxt edən hər şeyi yazın. Düşünməyin, yazın. Gözünüzün qarşısında olsun. Sevdiklərinizi yazın, həyatınızı asanlaşdıran hər şeyi yazın. Olmasaydı sizə necə çətin olardı dediklərinizi yazın. Var olan hər şeyinizi. Ailənizi, sağlığınızı, orqanlarınızı, təmiz suyunuzu, maddi imkanınızı, evinizi, geyimlərinizi və s. Görün hansı siyahı uzundur? Problemlər ya şükrlər? Yazın amma 1ci gün yox elə günü sabahdan...


7. Həftədə azı bir dəfə dua edin. Çox da ola bilər. Axşam olsun. Tək qalın Yaradanla. Ola bilər inanclı biri deyilsiniz. Nəyə, nədən yarandığınıza inanınırsınızsa ona dua edin. Təbiət, kosmos fərq etmir. Var olma səbəbinizə dua edin. Bu çox rahatladıcı və güvən verən psixoloji prosesdir. Heç bir psixoloq bunun zərərindən bəhs etməz sizə. Elə günü sabah 1ci dua gününüz olsun...

8. Ən çox nədən narahat olursunuz və o haqda düşünürsünüzsə elə ən çox sizdən uzaqlaşan da o olur. Qovalanan qaçır yəni. Bir şeyi çox istədiyinizsə o varmış kimi davranmalısınız. Buna təlqin deyirlə
tamam cox sagolun hazirlayib verecem indi

Siz şüuraltınıza nəyi ötürsəniz o ona inanacaq. Yəni bütün günü mən pisəm, heç nə alınmır, düzəlməyəcək dedikcə neqativ duyğuları həyatınıza çəkir və pozitiv olan hər şeyin sizdən qaçmağına şərait yaradırsınız. Təlqinə başlayın və böyük dəyişikliyin şahidi olun. Amma təlqin edərkən bunlara diqqət edin. Gün ərzində azı 3 -4 dəfə özünüzün eşidəcəyi şəkildə xoş sözlər deyin. Məsələn: Mən xoşbəxtəm. Hər şey yaxşıdır. Məndə hər şey alınır. Sağlığım yerindədir və s. Diqqət edin gələcək zamanda danışmayın. Olacaq yox artıq var deməlisiniz. O saat nəticə gözləməyin. 1-2 ay içində çox şey dəyişəcək. Davamlı olun. Əvvəl çətin olacaq narahat olmayın. Pessimist düşüncələr gələn kimi tez özünüzü silkələyin.Amma bildiniz də 1ci gün gecdir, günü sabahdan...

9. Baxdıqlarınıza və dinlədiklərinizə diqqət edin. Hetero təlqin çox təhlükəlidir. Yəni kənar təsir. Beyninizin içinə yavaş-yavaş yerləşər və sizi içəridən məhv edər. Məsələn: izlədiyiniz seriallardakı mövzuları analiz edin. Nə verirlər sizə? Real olmayan həyat, xəyanətlər, sevgi adı altında çirkinliklər, qadına şiddət və s. Dinlədiklərinizdə nə var? Depressiyamı, aşk acısımı, yorulmaq, tükənmək, üsyanmı? Oturun düşünün bəlkə bunlardır sizi yaxşı olmadığınıza inandıran? Elə sabah bunları azaldın. Məndən olsa silin getsin hamısını bir dəfəlik. Əliniz gəlmir? İtirdiyiniz vaxt da geri gəlmir...

10. Mütləq hərəkət edin. Yarım saat da olsa biraz sürətli şəkildə gəzin amma açıq havada. Həm sağlıqdır, həm zehin açıqlığı. Uzun-uzun elmi araşdırmalardan yazmayacam. Amma faydalarını saymaqla bitməz. Bununla yanaşı bol-bol su da için. Bol-bol da gülümsəməyi unutmayın. Həyatda bir çox bağlı qapıların açarı təbəssümdür. Siz dodaqlarınıza təbəssümü çağırın görün o həyatınıza nələri çağıracaq...

Lalə MƏHƏRRƏMLİ
pia.az

Paylaş
Xəbər lentİ