“Lambda” ştammının yaydığı TƏHLÜKƏ

Oxunma sayı: 334
1-07-2021, 09:02

“Lambda” ştammının yaydığı TƏHLÜKƏ
Tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov koronavirusun “lambda” ştammının xüsusiyyətlərini açıqlayıb.

Arasdırma.info Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis “Radio 1”in efirində COVID-19-un bu variantının virusun təbii mutasiya prosesinin nəticəsi olduğunu söyləyib.

“Dəyişir, dəyişən xarici şəraitə uyğunlaşır. Yeni ştamm yeni xüsusiyyət kimidir. Daha uyğunlaşa bilən, sabit və yoluxucudur, dünyaya sürətlə yayılma qabiliyyətinə sahibdir”, V.Jemçuqov qeyd edib.

İmmunoloqun fikrincə, bu COVID-19 ştammı koronavirusa yoluxmayan və vaksinasiya olunmayanlara sürətlə yoluxacaq: “Yeni xüsusiyyət koronavirusa çoxalma üstünlüyü verir. Yayılmağa və əvvəlkilərlə yerini dəyişməyə başlayır. Düşünürəm ki, “lambda” tədricən “delta”nı əvəz edəcək”.//publika

Paylaş
Xəbər lentİ