Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Oxunma sayı: 233
1-12-2021, 18:53

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Arasdırma.info xəbər verir ki,ANAMA-dan Axar.az-a bildirilib ki, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 414 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il noyabrın 30-dək isə piyada əleyhinə 10 min 456, tank əleyhinə 4 min 683 mina və 12 min 659 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 6358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş
Xəbər lentİ