"Cəbhədə gərginlik artacaq"

Oxunma sayı: 637
9-03-2017, 12:17

"Cəbhədə gərginlik artacaq"

Fevralın 25-nə keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində başlayan gərginlik bir neçə gün davam etdi, lakin Ermənistanın işğalçı ordusu məqsədlərinə nail ola bilmədi. Düzdür, hazırda cəbhə xətti boyu vəziyyət nisbətən sabitləşib, ancaq bunu sabitlikdən çox növbəti pauza adlandırmaq daha doğru olardı. Çünki bu gərginlikdən sonra bir növ intensiv danışıqlar mərhələsi başlayıb.
Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu deyib.
"Cəbhədə gərginlik artacaq"

Millət vəkilinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində artıq yeni bir mərhələ başlayır: "Toqquşmalardan sonra həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin Avropaya, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Rusiyaya səfərləri oldu. Bu, vəziyyətin yenidən qiymətləndirilməsi, təsbit olunması deməkdir və çox mühüm mərhələdir. Çünki bütün gücünü səfərbər edərək təmas xəttində müəyyən mövqeləri var gücü ələ keçirməyə çalışan Ermənistanın işğalçı ordusu həqiqətən bir nailiyyət qazansaydı, Ermənistanda apreldəki parlament seçkilərindən sonra hərbi ritorika gücləndməkdə davam edəcək, hərbi xunta rejiminin yenidən parlamentdə üstünlük qazanmasına gətirib çıxaracaqdı. Bu isə təbii ki, Azərbaycanın lehinə olmayacaqdı".
"Cəbhədə gərginlik artacaq"

Bununla yanaşı politoloq qeyd edib ki, martın 5-dən etibarən başlayan seçkiqabağı kampaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət fikirlər səsləndirən bəzi siyasi qüvvələr də var: "Azərbaycan Ordusunun qətiyyətli davranışı, düşmənin təxribatçı qruplarını məhv etməsi, Ermənistan ordusuna güclü zərbələr endirməsi Dağlıq Qarabağ probleminin həllində nisbətən konstruktiv mövqe tutan siyasətçilərin parlament seçkiləri üçün mövqeyini gücləndirdi. Bu isə Azərbaycanın lehinə oldu".
"Cəbhədə gərginlik artacaq"

Ümumiyyətlə H.Babaoğlunun qənaətincə, cəbhədəki gərginlik getdikcə artacaq: "Problemin həlli ilə əlaqədar açar fikirlər bir neçə gün öncə Moskvada səsləndirildi. Təəssüf ki, onlar o qədər də ümidverici deyildi. Buna baxmayaraq, Azərbaycanın mövqeyi getdikcə güclənir. Ermənistan və onun havadarları hər belə toqquşmada Azərbaycanın gücünü gördükdən sonra mövcud status-kvonun dəyişməsinin vacib olduğunu dilə gətirirlər.
"Cəbhədə gərginlik artacaq"

Düşünürəm ki, bu da bir mərhələdir. Əlbəttə ki, növbəti günlərdə də, ən azından seçkiyədək cəbhədə gərginlik artacaq. Bu gərginlik, bu toqquşmalar isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunana qədər davam edəcək".

Paylaş
Xəbər lentİ