Bakı Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunacaq - TƏRCÜMEYİ-HAL

Oxunma sayı: 251
24-12-2021, 22:30

Bakı Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunacaq - TƏRCÜMEYİ-HAL
Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Bir sıra Apellyasiya Məhkəmələri hakimlərinin təyin edilməsi barədə” məsələ müzakirə edilib.

Arasdırma.info xəbər verir ki,E-huquq.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurası tərəfindən iki hakimin Bakı Apellyasiya Məhkəməsinə təyin edilməsi təklif edilib. Həmin hakimlər Cavid Hüseyn və Aytən Oruczadədir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib.

Qeyd edk ki, Bakı Apellyasiya Məhkəməsinə təyin edilməsi nəzərdə tutulan Hüseyn Cavid Vaqif oğlu 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavriat səviyyəsində bitirib. 2014-cü ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini magistratura üzrə başa vurub. 2011-2018-ci illərdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsinə təyin edilməsi nəzərdə tutulan digər hakim Oruczadə Aytən Pənah qızı 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavriat pilləsi üzrə bitirib. 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini magistratura səviyyəsi üzrə başa vurub. 2009-2010-cu illərdə Sahibkarlığa kömək milli fondunun Hüquq sektorunda aparıcı məsləhətçi, 2010-2018-ci illərdə Bakı Apelyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb. 2018-2019-cu illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışan A.Oruczadə 2020-ci ildən Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsini icra edir.

Paylaş
Xəbər lentİ