Azərbaycandan Şimali Koreyanın raket sınağına - Reaksiya

Oxunma sayı: 631
9-03-2017, 13:39

Azərbaycandan Şimali Koreyanın raket sınağına - Reaksiya


Şimali Koreyanın ballistik raket buraxması təhlükəli tendensiyadır. Onların raket texnologiyasının inkişafı regionda yeni gərginlik yaradır.

arasdirma.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan XİN rəhbəri Elmar Məmmədyarov Diplomatik akademiyada çıxışında deyib.

Nazir qeyd edib ki, bu, həm Cənubi Koreya, həm də Yaponiyanı həyəcanlanmağa vadar edir:

“Şimali Koreyanın raket sınağı həyata keçirməsini qınayan BMT Təhlükəsizlik Şurasının növbəti qətnaməsinə nəzər alsaq, bəlkə də, bu məsələyə başqa tərəfdən baxmaq lazımdır. Bəlkə də, daha köklü tədbirlər görmək lazımdır”.

Paylaş
Xəbər lentİ