Keçmiş deputata cinayət işi açıldı.

Oxunma sayı: 56
19-01-2022, 18:49

Keçmiş deputata cinayət işi açıldı.
“Ştutqart” MMC-nin rəhbər şəxslərinə cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Rupor"-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.

Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülmüş və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Qeyd edək ki, “Ştutqart” MMC-nin rəhbəri Nəriman Əliyevdir. O Milli Məclisin IV və V çağırış deputatı olub.

Paylaş
Xəbər lentİ