Zakir Həsənovun İrana səfərinin PƏRDƏARXASI - AÇIQLAMA

Oxunma sayı: 227
26-01-2022, 22:51

Zakir Həsənovun İrana səfərinin PƏRDƏARXASI - AÇIQLAMA
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə İslam Respublikasına səfər edib. Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın bir sıra dövlət rəsmiləri ilə görüşüb.

Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır: “Bu, iki istiqamətdə həyata keçirilir. Birincisi iqtisadi sahədə atılan addımlardır. Bu mənada Rüstəm Qasiminin (İranın yol naziri) Azərbaycana səfəri çox önəmlidir. Bu, münasibətlərdə yeni başlanğıclara vəsilə olacaq. İkinci məsələ isə hərbi əməkdaşlıqla bağlıdır. Düşünürəm ki, Zakir Həsənovun İrana səfərini də bu konteksdən şərh etmək lazımdır. Əlbəttə ki, hər iki səfərin pərdəarxası məqamları mövcuddur. Birinci məqam ondan ibarətdir ki, Azərbaycanla İran arasındakı son münasibətlər toqquşma dönəmini yaşayıb. Hazırda isə sakitləşmə mərhələsi və əməkdaşlıqların hərbi-iqtisadi formaya keçidi müşahidə olunur. Zakir Həsənovun İrana səfərini hərbi qarşıdurma məqamının bitməsi, hərbi əməkdaşlıq formatına keçidin isə başlanğıcı kimi xarakterizə etmək olar. Bu, İran-Ermənistan münasibətlərinə, Azərbaycan-İran əlaqələri prizmasından zərbə endirmək siyasətidir. Ən azından Azərbaycan-İran əməkdaşlığı, Tehran-İrəvan əlaqələrini potensialına görə kölgədə qoymalıdır. Bunu da Azərbaycan tərəfi həyata keçirir”.
Zakir Həsənovun İrana səfərinin PƏRDƏARXASI - AÇIQLAMA
Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəylinin sözlərinə görə, regionda terrorzimə meyilli ünsürlərin olması heç kimə sirr deyil: “Hər iki ölkənin birlikdə terrorizmə qarşı mübarizə aparmaq imkanları nəzərdən keçirilməlidir. Bu, Ermənistan ərazisindəki terrorçulara aid bir məsələdir. Laçın dəhlizindən istifadə etməklə Qarabağa yük daşıyan İran TIR-ları səbəbindən yaranan qalmaqal elə də uzaq tarix deyil. Bu baxımdan sözügedən ərazilərdə Azərbaycanın əleyhinə istifadə olunan terror təhdidlərinə qarşı İran hansısa tədbirlər həyata keçirə bilər. Bu da vacib məqamdır. Azərbaycan tərəfi İrandan tranzit olaraq Qarabağa keçən, eləcə də ölkəmizə hədəflənmiş narkoticarətin yolunu ciddi şəkildə kəsdi və demək olar ki, minimallaşdırdı. Bu, İranın qəbul edəcəyi həqiqətə çevrildi”.

Ekspert bildirib ki, regionda yeni münaqişə dönəmi başlamaqdadır: “Ukrayna hadisələri göstərir ki, onun ikinci kəskin fazası Gürcüstanı əhatə edə bilər. Bütün bu məsələlərin birbaşa regionla əlaqəsi olduğu üçün, Azərbaycanla birlikdə hərəkəti senariləşdirmək mümkündür. Bura ümumi təhlükəsizlik prinsiplərinə baxmaq və birgə mübarizə aparmaq məsələləri aiddir. Eləcə də Azərbaycan Bloklara Qoşulmama Hərəkatının üzvü kimi İranın təhlükəsizliyinə öz ərazisindən qarant verə bilir. İran tərəfi rəsmi şəkildə bəyan etdi ki, Qarabağdakı layihələrdə, yenidənqurma proseslərində iştirak etmək istəyir. Bunun özü digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini də labüd edir. Ona görə də, hər iki görüşlərin keçirilməsinin arxasında məhz bu məsələlər dayanır”.//konkret.az

Paylaş
Xəbər lentİ