Putinin təhlükəli oyunu - “Bu addımı Rusiyaya SSRİ-nin aqibətini yaşadacaq”

Oxunma sayı: 224
30-01-2022, 01:23

Putinin təhlükəli oyunu - “Bu addımı Rusiyaya SSRİ-nin aqibətini yaşadacaq”
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək qərarına gəlsə, fəlakətli nisbətdə xətaya yol verəcək”.

Arasdırma.info xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi Kon Kaflinin fikrincə, Ukraynanın işğalı Sovet İttifaqının Əfqanıstandakı müharibəsi kimi fəlakətə çevrilə bilər.

Kaflin məqaləsində İngiltərənin gizli kəşfiyyat xidmətinin (MI6) keçmiş rəhbəri Aleks Yanqerin fikrinə istinad edib və bildirib ki, Rusiya lideri Qərblə artıq pulla “poker” oynayır: “Səhv kartı masaya atsa, ciddi xətaya yol verəcək”.

Jurnalist qeyd edib ki, Moskva yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürməyə davam etsə, o zaman Rusiya özünü küncə sıxışdıracaq. Kaflin hesab edir ki, belə bir ssenaridə ölkənin Ukraynaya qarşı hücuma keçməkdən başqa yolu qalmayacaq.//teleqraf

Paylaş
Xəbər lentİ