ABŞ-dan sərt açıqlama...

Oxunma sayı: 663
9-03-2017, 14:00

ABŞ-dan sərt açıqlama...


Türkiyə, Rusiya və ABŞ Baş Qərargah rəislərinin Antalyadakı görüşündə Menbicdəki vəziyyət müzakirə olundu. Bundan başqa, PKK, Əl Qaidə daxil olmaqla, digər terror təşkilatları haqqında söhbətlər aparıldı.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

"Biz uzun müddətdir YPG-ni dəstəkləyirik. YPG İŞİD-i mübarizə meydanından uzaqlaşdırmaqda və yox etməkdə mühüm rol oynayır. Lakin Türkiyənin YPG-yə görə narahatlığını da başa düşürük. Ancaq PKK ilə YPG arasında əlaqə olduğuna dair yayılmış fikirlərə hörmət etsək də, razılaşmırıq", - Toner bildirib.

(axar.az)

Paylaş
Xəbər lentİ