Prezident ermənini 10 saniyəyə nokauta salan idmançıya ev verdi (VİDEO/FOTO)

Oxunma sayı: 157
5-03-2022, 21:19

Prezident ermənini 10 saniyəyə nokauta salan idmançıya ev verdi (VİDEO/FOTO)
Prezident İlham Əliyev ötən il uğur qazanmış bir qrup idmançıya ev verib.

Arasdırma.info xəbər verir ki, mənzil alanlardan biri də qarışıq döyüş növləri (MMA) Azərbaycan idmançısı, dünya çempionu Gözəl Zutovadır.

Bu barədə Bakupost.az -a danışan G. Zutova Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Onun diqqət və qayğısı hesabına idmanımızın inkişaf etdiyini bildirib.

Xanım idmançı həmçinin gənclər və idman naziri Fərid Qayıbovun qısa zamanda idmançılar arasında böyük rəğbət qazandığını dilə gətirib.

Qeyd edək ki, dünən "İdman Həftəsi” çərçivəsində Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirilib.

Görüşdə, Tokio Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin və nəticələrinin təhlili ilə bağlı hesabat təqdim edilib, 2024-cü ildə Parisdə keçiriləcək Yay olimpiya oyunlarına hazırlıq planları ilə bağlı sorğunun nəticələri açıqlanıb.

Tədbirdə, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, gənclər və idman naziri Fərid Qayıbov ötən il uğur qazanmış bir qrup idmançıya yeni mənzillərin orderlərini təqdim edib.

Xatırladaq ki, Gözəl Zutova 1985-ci ildə Zaqatalada anadan olub. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib.

O, qaydasız döyüş üzrə 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu, 2012-ci ildə Yaponiyada keçirilən dünya kubokunun qalibi, dünya truirlərinin qalibi, dəfələrlə Azərbaycan çempionu olub.

Gözəl Zutovanın aylar əvvəl əldə etdiyi uğurla hər bir azərbaycanlının fəxr etdiyi idmançıya çevrilib. Belə ki, o, İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyanı cəmi 10 saniyəyə nokauta salıb./\qaynarinfo

Paylaş
Xəbər lentİ