Nazirlər Kabinetindən avtobuslarla bağlı YENİ QƏRAR

Oxunma sayı: 145
9-03-2022, 22:42

Nazirlər Kabinetindən avtobuslarla bağlı YENİ QƏRAR
Avtobusların sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələbin qüvvəyə minməsi müddəti daha 3 il təxirə salınıb.

Arasdırma.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələb 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Əvvəl bu müddət 2022-ci il yanvarın 1-nə kimi nəzərdə tutulmişdu.

Paylaş
Xəbər lentİ