İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Oxunma sayı: 153
26-04-2022, 07:25

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı
Prezident İlham Əliyev “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Arasdırma.info fərmanın mətnini təqdim edir:

“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 541; 2008, № 7, maddə 612; 2018, № 8, maddə 1692; 2020, № 8, maddə 1038; 2021, № 8, maddə 919) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “qulluq stajına (15 il)” sözləri “15 il qulluq stajına” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissədə “qulluq stajına” sözləri “15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

3. 3-cü hissənin ikinci abzasına “minimum” sözündən sonra “15 il” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərıncamda deyilir:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Hisarcıklıoğlu Mustafa Rifat

“Tərəqqi” medalı ilə

Alısoy İbrahim Aydın oğlu

Aslanov Zöhrab Vəli oğlu

Babayev Abbas Qəzənfər oğlu

Babayev Bəxtiyar Ağamir oğlu

Bağırlı Adil Tofiq oğlu

Bağmanov Hikmət Kamal oğlu

Büyükfırat Hüseyin Mehmet oğlu

Cabbarov Yusif Həsən oğlu

Çulaqov Rəşid Yasin oğlu

Hümmətov Qalib Xanlar oğlu

İsmayılov Əfqan Sultanəli oğlu

Karaşahin Ramazan Əbubəkir oğlu

Quliyev Ehtiram Tofiq oğlu

Quliyev Ruslan Gəray oğlu

Məmmədov Tofiq Rafiq oğlu

Məmmədov Zaur Samiddin oğlu

Mirzəyev Əli Məmməd oğlu

Traldi Manuela Stefano.

//axar.az

Paylaş
Xəbər lentİ