Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Oxunma sayı: 592
10-03-2017, 21:05

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib


Martın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Sonxeber.az-a bildirilib ki, Zakir Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və bu münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edən dövlət naziri T.Al-Sabha bunun üçün geniş potensialın olduğunu bildirib.
Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.1

Paylaş
Xəbər lentİ