Prezident 2 mühüm fərman imzaladı

Oxunma sayı: 159
13-05-2022, 16:30

Prezident 2 mühüm fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Arasdırma.info fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə “Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi,” sözləri əlavə edilsin.

2. 6.1.12-ci və 6.1.17-ci yarımbəndlərə “mübahisələrinə dair işlər” sözlərindən sonra “, habelə məhkəmələrin icraatında olan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar” sözləri əlavə edilsin.

3. 9.2.8-ci yarımbənddən “mülki işlər və kommersiya mübahisələri üzrə” sözləri çıxarılsın.

4. 13.6-cı bənddə “10-1.2-ci maddəsində” sözləri “10-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876, № 11, maddə 1362; 2021, № 6 (I kitab), maddə 568, № 8, maddə 918) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddən “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin idarə edilməsi istisna olmaqla)” sözləri çıxarılsın;

2. 2.4-1-ci bənd ləğv edilsin.

Paylaş
Xəbər lentİ