Bakı DYP-nə yeni təyinat.

Oxunma sayı: 139
14-05-2022, 21:46

Bakı DYP-nə yeni təyinat.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı daha bir əmr imzalayıb. Nazirin əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub. Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. Qeyd edək ki, buna qədər o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb. Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

//Avtosfer.az

Paylaş
Xəbər lentİ