Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

Oxunma sayı: 518
2-09-2019, 22:56

Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimindəiştirak etmək üçün Azərbaycana gəlib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.

Təlim sentyabrın 6-dək davam edəcək.

Paylaş
Xəbər lentİ