“Bandotdel”in şöbə müdiri Tofiq Bəylərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – RƏSMİ

Oxunma sayı: 162
16-05-2022, 17:32

“Bandotdel”in şöbə müdiri Tofiq Bəylərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – RƏSMİ
Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.

Xəbərə görə, polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov Atıcılıq Federasiyasında üçüncü vitse-prezidenti olub.

Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.

Paylaş
Xəbər lentİ