DTX-nin əməliyyatı ilə saxlanılan general 200 min rüşvət alıbmış

Oxunma sayı: 165
23-06-2022, 02:44

DTX-nin əməliyyatı ilə saxlanılan general 200 min rüşvət alıbmış
“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.



Arasdırma.info xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.



Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki,Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.
Məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.
S. Mehdiyevin digər bir əmri ilə həmin vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.

Paylaş
Xəbər lentİ