Nazir müavini işdən çıxarıldı.

Oxunma sayı: 144
25-06-2022, 09:19

Nazir müavini işdən çıxarıldı.
İqtisadiyyat nazirinin müavini tutduğu vəzifədən azad edilib.

Arasdırma.info “Unikal”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işdən çıxarılıb.

Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf nazirinin müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.

Paylaş
Xəbər lentİ