DİN Polis Akademiyasının rəisinə general rütbəsi verildi.

Oxunma sayı: 125
1-07-2022, 22:52

DİN Polis Akademiyasının rəisinə general rütbəsi verildi.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.



Arasdırma.info xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
Onların sırasında DİN Polis Akademiyasının rəisi polis polkovniki Canpolad Alı oğlu Daanov da var.

General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Paylaş
Xəbər lentİ