Bu rayonda DYP-yə yeni rəis təyin edildi - Əmr

Oxunma sayı: 172
14-07-2022, 21:11

Bu rayonda DYP-yə yeni rəis təyin edildi - Əmr
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.



Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.



Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Müşviq Əliyev təyinat alıb.



Qeyd edək ki, o, bu təyinatadək Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi çalışıb.



Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.//APA

Paylaş
Xəbər lentİ