AzTV-nin tanınmış əməkdaşından AzTV rəhbərliyinə irad: "AMEA-nı gözdən salmaq olmaz!"

Oxunma sayı: 154
27-07-2022, 00:37

AzTV-nin tanınmış əməkdaşından AzTV rəhbərliyinə irad: "AMEA-nı gözdən salmaq olmaz!"
“AMEA-nın gələcəyi ilə bağlı hansısa bir siyasi qərarın olduğu şübhəsizdir”.

Arasdırma.info Bakupost.aza istinadən xəbər verir ki, bunu Əməkdar jurnalist, AzTV-nin İnformasiya Proqramları studiyasının keçmiş baş direktoru, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev bildirib.

O qeyd edib ki, bu qərarı əsaslandırmaq üçün ictimai rəy media vasitəsilə formalaşdırılır:
“Bu aydındır. Aydın olmayan isə Azərbaycan elmini və minlərlə azərbaycanlı alimi gözdən salmaq cəhdləridir. Heç bir halda xalq öz ziyalılarını bu cür gözümçıxdıya salmamalıdır.
Ölkəmizdə əksər sahələrdə olduğu kimi, elm sahəsində də əsaslı islahatlara ehtiyac var. Amma hər halda bunu soyuq başla, islahat paketinə uyğun halda həyata keçirmək lazımdır, AMEA-nı şüurlu surətdə gözdən salmaq çıxış yolu deyil”.
Xatırladaq ki, AzTV-nin efirində Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı tənqidi süjet yayımlanıb. AMEA isə süjeti qərəzli hesab etdiyini açıqlayıb və AzTV-ni qeyri-obyektivlikdə ittiham edib.

Paylaş
Xəbər lentİ