Gömrük generalının Praqada hotelləri üzə çıxdı

Oxunma sayı: 164
5-08-2022, 20:12

Gömrük generalının Praqada hotelləri üzə çıxdı
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.

Arasdırma.info xəbər verir ki,Axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.

Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.

Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin "qara kassa”sı olub.
Digər məlumata görə hələ Avtomobil Gömrük İdarəsinin rəisi olarkən milyonluq mülklərə sahib olan İsmayıl Hüseynovun bu günki əmlakını sayı 10 milyonlarla ölçülür.

Paylaş
Xəbər lentİ