Ərdoğanla Əliyevin bu fotosu gündəm oldu

Oxunma sayı: 158
10-08-2022, 22:12

Ərdoğanla Əliyevin bu fotosu gündəm oldu
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün qardaş ölkəyə səfərə gedib.

Açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyi zamanı isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin fotoları sosial şəbəkələrdə trendə çevrilib.


Fotolarda Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri sosial şəbəkələrdə Azərbaycan Ordusunun son anti-terror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirilib.

Gundem.az Günün Fotosuna çevrilən həmin görüntüləri təqdim edir:

Paylaş
Xəbər lentİ