Baş nazirdən Şuşa barədə QƏRAR

Oxunma sayı: 154
12-08-2022, 07:57

Baş nazirdən Şuşa barədə QƏRAR
“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib.

Arasdırma.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib.

Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI

Sıra №-si

Sahibkarlıq fəaliyyəti növlərinin təsnifatı (AZT029-2008)


Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi

(01492 - barama qurdunun yetişdirilməsi və barama istehsalı;

01491 - arı balının və arı mumunun istehsalı;

01611- bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla)

01

2.

Daş kömür və liqnit hasilatı


Xam neft və təbii qaz hasilatı


Metal filizlərin hasilatı

Mədənçıxarma sənayesinin digər sahələri


İçki istehsalı

(1107 - mineral sular və digər suların butulkalarda istehsalı;

alkoqolsuz içkilərin istehsalı istisna olmaqla)

Tütün məmulatlarının istehsalı

Dərinin aşılanması, rənglənməsi və hazırlanması


Kağız və karton istehsalı

(1721 - büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı;

1722 - təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı;

1723 - dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla)

Koks və təmizlənmiş neft məhsullarının istehsalı.

Kimya sənayesi

(20420 - ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla)


Rezin və plastmas məmulatların istehsalı

(22193 - müxtəlif növ möhürlərin və ştampların hazırlanması;

plastik qapı-pəncərə istehsalı istisna olmaqla)


Digər qeyri-metal mineral məhsulların istehsalı

(misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti;

yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı;

saxsı məmulatların istehsalı istisna olmaqla)


Metallurgiya sənayesi


Elektrik avadanlıqlarının istehsalı


Maşın və avadanlıqların istehsalı
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı

Sair nəqliyyat vasitələrinin istehsalı
Qazın istehsalı


Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi

Təhlükəli tullantıların emalı və ləğv edilməsi

Digər tullantıların yığılması və məhv edilməsi

(zibilin və tullantıların yığılması və daşınması;

ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması;

küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması;

qar və buzdan təmizlənmə istisna olmaqla)


Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması


Kəşfiyyat qazıntısı

Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı

Diri heyvanların topdan satışı

Dəri və gönün topdan satışı


Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı


Dəzgahların topdan satışı


Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı


Yanacağın topdan satışı
.

Metal və metal filizinin topdan satışı


Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı


Gübrə və aqrokimyəvi məhsulların topdan satışı
.

Tullantıların və qırıntıların topdan satışı

Paylaş
Xəbər lentİ