Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)

Oxunma sayı: 151
12-08-2022, 17:51

Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)
Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb.



Arasdırma.info xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb.



Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub.



Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.(Unikal)

Paylaş
Xəbər lentİ