Tural Abbaslı: “Oğurladığı pulları da halal xoşları ilə yeyirlər”

Oxunma sayı: 130
16-08-2022, 18:45

Tural Abbaslı: “Oğurladığı pulları da halal xoşları ilə yeyirlər”
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümov dəymiş ziyanın 6.974.428 manatını ödəyib.

Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir hərəkət tək nazirlərə, məmurlara dərs olmalı deyil:


“Qanunvericilikdə var ki, dövlət əmlakını mənimsənilməsi, yaxud dövlət əmlakına ziyan vurulma varsa, onun qarşılığı ödənilməlidir. Ödənmə imkanı olmayanda, o ağırlaşdırıcı vəziyyət kimi həmin adamın həbs müddəti daha da uzadılır. Mən düşünürəm ki, korrupsiya, rüşvət bu məsələlərlə bağlı Cinayət Məcəlləsində olan cəzalar daha da sərtləşdirilməlidir. Çünki milyonlarla pul yeyirlər, gedirlər 5-6 il həbs alırlar, ondan da 1 il, yaxud da yarım ildən sonra azadlığa çıxırlar. Dövlətin milyonlarla ziyanı elə ziyanda qalır. Oğurladığı pulları da halal xoşları ilə yeyirlər. Hesab edirəm ki, dövlətin bir qəpiyini oğurlayan hər bir kəsin burnundan gətirilməlidir. Tək oğurladıqları yox, oğurladıqları pulun misli ilə. Yəni, kampensasiya hissəsi ilə ödənilməlidir. Tək Səlim Müslümov olmasın, digər nazirlər də var ki, hansı ki, milyonlarla yeyintiləri var. Amma rahat şəkildə oturub biri şeir yazır, biri mahnı bəstəliyir, biri nəvə saxlayır. Hamısı da dövlət büdcəsindən talamalarla”.

“Bu məsələdə hakimiyyətin mövqeyi təəssüf ki, sərt deyil. Sovet dönəmində belə əməllərə görə güllələnmə var idi. Yəni, dövlət əmlakının mənimsənilməsi iqtisadi sabotaj sayılırdı. Və iqtisadi sabotajın da cəzası güllələnmə idi. Amma, bizdə simvolik rəqəmlərdir. Tutaq ki, bir mobl dükanından min manatlıq telefon oğrulayanla büdcədən milyonlarla pul oğurlayana eyni dərəcədə həbs cəzası verilir. Təbii ki, bu ədalətli deyil. Növbəti korrupsiya, rüşvət, yeyinti hallarını da stimullaşdırır. Düşünürəm ki, cəza sərtləşdirilməlidir. Nəticə olaraq da, bu məsələlər aradan qaldırılmalıdır”, - deyə partiya sədri əlavə edib.

Paylaş
Xəbər lentİ