"Zaur Mirzəzadə günahsızdır" - Vəkilindən AÇIQLAMA

Oxunma sayı: 158
20-08-2022, 20:28

"Zaur Mirzəzadə günahsızdır" - Vəkilindən AÇIQLAMA
Bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında “bakutime.az” saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. May ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Hurriyyet.az-ın məlumatına görə, jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev Yenicag.az-a açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərar qanunaziddir. Zaur Mirzəzadənin günahsız olduğunu bildirən vəkilin sözlərinə görə, o, əsassız olaraq həbsə məhkum edilib.

Paylaş
Xəbər lentİ