Baş prokurordan yüksək vəzifəyə Yeni TƏYİNATLAR (FOTO)

Oxunma sayı: 132
7-09-2022, 00:24

Baş prokurordan yüksək vəzifəyə Yeni TƏYİNATLAR (FOTO)
Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.



Arasdırma.info xəbər verir ki,Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. Başqa bir əmrlə Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini təyin olunub.

Qeyd edək ki, o sabiq deputat Çingiz Qənizadənin oğludur.

Paylaş
Xəbər lentİ