Ərdoğan: "Türkiyə hər zaman Azərbaycanın yanındadır"

Oxunma sayı: 123
14-09-2022, 03:24

Ərdoğan: "Türkiyə hər zaman Azərbaycanın yanındadır"
Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar

Prezident Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb.

Arasdırma.info Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb.

Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Paylaş
Xəbər lentİ