"Məktəb bu gün uşaqlarla maraqlanmır" - Kamran Əsədov

Oxunma sayı: 143
21-09-2022, 02:39

"Məktəb bu gün uşaqlarla maraqlanmır" - Kamran Əsədov
“Ölkədə hazırda 4432 orta təhsil müəssisəsi var və 1,6 milyon şagird təhsil alır. Bakıda hər 9 şagirdə 1 müəllim, bölgələrdə isə hər 12 şagirdə 1 müəllim düşür. Bu rəqəmlər onu göstərir ki, təhsil və məktəb nəzarətsiz qala bilməz. Ölkə ərazisində olan hər bir məktəbin nəzarət mexanizmi var. Hazırda orta məktəblərimizin 3 min 300-ü 11 illik, 800-dən çoxu 9 illikdir. Bu, o deməkdir ki, o məktəblərin hər birində direktor, direktor müavinləri və təşkilata baxan digər işçiləri var. Heç bir halda haqq qazandıra bilmərik ki, 13 yaşlı qız hamilə qalıb və məktəbin nəzarət mexanizmindən kənarda qalıb”.

Bu fikirləri bir müddət öncə Bakıda 13 yaşlı məktəblinin uşaq dünyaya gətirməsi barədə Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi. Onun sözlərinə görə, məktəb bu məsələdə öz işini doğru təşkil edə bilməyib.

““Ümumtəhsil haqqında qanun” a görə 9 illik təhsil məcburidir və davamlı olaraq dərsə getmək vacibdir. Məktəbə gəlməməklə bağlı təqdimatlar yazılmalıdır. Bu, onu göstərir ki, təhsilə nəzarət edən şəxslər və qurumlar öz şəxsi vəzifələrini yerinə yetirə bilməyib. Uşaqlar tam nəzarətsiz və bu ciddi problem baş verib”,- ekspert söylədi.

Kamran Əsədov onu da vurğuladı ki, bu hadisə ilə bağlı cəza tədbiri görülməsə, belə hallar artacaq:

“Buna görə cəza olmalıdırmı? Bəli, birmənalı şəkildə cəza tədbiri olmalıdır. Söhbət məktəb direktorundan getmir. Söhbət həmin ərazinin ümumtəhsil şöbəsi, təhsilə cavabdeh olan şəxslərdən gedir. Mütləq şəkildə cəzalandırma olmalıdır. Bu, insan taleyinə laqeyd yanaşma deməkdir. Məktəb bu gün uşaqlarla maraqlanmır. Bu, təhlükədən xəbər verir. Həmin məktəbin direktoru da, həmin rayonun təhsil şöbəsi də vəzifəsindən uzaqlaşdırılmalıdır. Nazirliyin həmin məktəbə nəzarət edən kuratorları da vəzifədən azad edilməlidir. Əgər cəza tədbiri görülməsə, belə hallar artacaq. 13 yaşlı qız təhsildən yayınırsa və ya hamilə vəziyyətdə dərsə gəlirsə və buna qarşı bir addım atılmırsa, bu insan taleyinə laqeydlikdən başqa bir şey deyil”.

Paylaş
Xəbər lentİ