Oğlu oğurlanan millət vəkili kimdir? - Yenilənib

Oxunma sayı: 28
4-10-2022, 00:13

Oğlu oğurlanan millət vəkili kimdir? - Yenilənib
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.
Arasdırma.info xəbər verir ki,həmin şəxsin kimliyi ilə bağlı məlumat daxil olub.

Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir.
Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A. Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.
Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə. Əmiraslanovla əlaqə saxlaya bilmədiyini dedi: "Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam".
Xatırladaq ki, musavat.com-un yaydığı xəbərə görə, A. Əmiraslanov separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.//bakupost

Paylaş
Xəbər lentİ