Prezident Çinarəni səhnəyə dəvət etdi - VİDEO

Oxunma sayı: 118
21-10-2022, 18:45

Prezident Çinarəni səhnəyə dəvət etdi - VİDEO
Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnə alıb.

Arasdırma.infoxəbər verir ki, sənətçi tədbirdə 4 mahnı səsləndirib. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “Dəvət edək bir şəkil çəkdirək” deyə, bildirib.

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib. O, daha sonra sosial media hesabında bunları yazıb:

““Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Bu sevgi və dəvətə görə, şirkətin rəhbəri Mehmet Zeki Tuğrula təşəkkür edirəm.

Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda – o cümlədən, Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!

Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev və daim Azərbaycana qardaşlıq nümayiş etdirən cənab Recep Tayyip Erdoğanla eyni tədbirdə iştirak etməyin məmnunluğunu yaşayıram! Yaşasın, Türkiyə-Azərbaycan dostluğu!”.//olay

Paylaş
Xəbər lentİ