Dövlət Gömrük Komitəsində bu xanıma vəzifə verildi? - FOTO

Oxunma sayı: 123
30-10-2022, 00:50

Dövlət Gömrük Komitəsində bu xanıma vəzifə verildi? - FOTO
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsində "Məxfi sənədlərlə iş şöbəsi” adlı yeni struktur bölmə yaradıldığına, Rüfanə Əsədovanın həmin şöbəyə rəis təyin olunduğuna dair məlumatlar yayılıb, bu, həqiqətə uyğun deyil.

Arasdırma.info xəbər verir ki, bunu Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

"Həmin şöbə illər öncə yaradılıb və R.Əsədova da yarandığı gündən həmin şöbəyə rəhbərlik edir", - deyə o, qeyd edib.

Paylaş
Xəbər lentİ