Fərhad Əhmədov həbs edilməsi barədə iddialara aydınlıq gətirdi

Oxunma sayı: 73
22-11-2022, 17:15

Fərhad Əhmədov həbs edilməsi barədə iddialara aydınlıq gətirdi
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov həbs olunması ilə bağlı mətbuatda yayılan xəbərlər haqda açıqlama ilə çıxış edib.

Arasdırma.info xəbər verir ki,“Yeni Sabah”a daxil olan müraciətdə F. Əhmədov bildirib ki, son günlər barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“KİV-də mənim DTX tərəfindən saxlanılmağım, mənə məxsus evlərdə axtarış aparılması və mənim casusluqda ittiham olunduğum haqda absurd ittihamlar səsləndirilir.

Mənim DTX tərəfindən saxlanılmağım və mənə qarşı hər hansı ittihamların irəli sürülməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Tədqiqat və istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham olunmaq demək deyil.

Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edirlər. Mənimlə bağlı əks-reklam xarakterli yazılar dərc olunur. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətimdə vətənim olan Azərbaycana qulluq etmişəm”.

F. Əhmədov həmçinin qeyd edib ki, bu tipli yazıların dərc olunması onun nüfuzdan salınmasına xidmət edir.

Paylaş
Xəbər lentİ