Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE

Oxunma sayı: 11
24-11-2022, 18:49

Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Arasdırma.info xəbər verir ki, Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.


Bundan əvvəl isə - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetini hüquq, Azərbaycan Dövlət İqtisad Universitetini isə biznes idarəetməsi və audit ixtisası üzrə bitirib.

Paylaş
Xəbər lentİ