Naxçıvan gömrüyündəki əməliyyatın ŞOK DETALLARI

Oxunma sayı: 115
26-11-2022, 21:05

Naxçıvan gömrüyündəki əməliyyatın ŞOK DETALLARI
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.



Arasdırma.info xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.



Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.



İddiaya görə, həmin qızılların 1 kiloqramı üçün sahibkardan 3000 manat rüşvət alınıb.



"Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi" deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq./Gununsesi.info

Paylaş
Xəbər lentİ