144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - VİDEO

Oxunma sayı: 99
28-11-2022, 19:08

144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - VİDEO
DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.


Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.


Arasdırma.info xəbər verir ki, Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.


Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.//sfera



Paylaş
Xəbər lentİ