Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi

Oxunma sayı: 98
29-11-2022, 00:23

Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

Arasdırma.info xəbər verir ki,, general-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.


Bildirək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.


Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.

Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.

O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Manset.az

Paylaş
Xəbər lentİ