Leyla Arif Gültəkin Hacıbəylini niyə məhkəməyə verib? - Açıqlama

Oxunma sayı: 107
2-12-2022, 22:02

Leyla Arif Gültəkin Hacıbəylini niyə məhkəməyə verib? - Açıqlama
“Mən Fuad Cəlilova sual verdim ki, Gültəkin Hacıbəyli bütün Azərbaycanın ancaq türklərdən ibarət olduğunu iddia edir, bunu necə dəyərləndirirsiniz? Gültəkin xanım da buna reaksiya verərək məni “separatçı”, “ksenofob” olmaqda ittiham etdi. Gültəkin Hacıbəyliyə yazdım ki, mən sizi bu ittihamlara görə məhkəməyə verəcəyəm. Cinayət Məcəlləsinin 281.1, 283-cü və 111-ci maddələrini əldə əsas tutaraq onu məhkəməyə verdim. Dörd məhkəmə iclası baş tutub, Gültəkin Hacıbəyli heç birində iştirak etməyib. Məhkəməyə gəlmədiyi üçün haqqında axtarış qərarı verilib. Prosedur üzrə ölkəyə giriş edəndə ondan bu barədə izahat alınıb. Məhkəmə iclası təyin olunub”.

Arasdırma.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Gültəkin Hacıbəylini məhkəməyə verən Leyla Arif deyib.

O bildirib ki, “separatçı” ittihamı çox ağır ittihamdır və özündə dövlət əleyhinə, onun ərazi bütövlüyünə qarşı çıxışlar etmək mənalarını ehtiva edir:

“Mən bir Azərbaycan vətəndaşı olaraq bu ittihamları adıma böhtan hesab edirəm. Gültəkin Hacıbəyli bir insanın fəaliyyətini bu şəkildə dəyərləndirir, ona “separatçı” deyirsə, öncə məhkəmə iclasına gəlməlidir. Biz Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyimiz sənəddə “separatçı” və “ksenofobiya” anlayışlarının mənasını vermişik. Gültəkin Hacıbəyli iştirakdan yayınır və diqqəti qəsdli olaraq başqa tərəfə yönəldir. Bunu “sifariş” adlandıraraq melodram yaradır. Bu dialoq isə sadəcə, iki vətəndaş, iki qadın arasında baş tutan diskussiyasının nəticəsidir. Əlavə səs-küyə ehtiyac yoxdur”.//yeniavaz

Paylaş
Xəbər lentİ