Prezident gəncləri təltif etdi.

Oxunma sayı: 96
1-02-2023, 21:59

Prezident gəncləri təltif etdi.
Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayaraq, bir sıra gəncləri təltif edib, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır.

“Qafqazinfo” onlar barədə məlumatları təqdim edib:

Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir.

Prezident gəncləri təltif etdi.

Vüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir.
Prezident gəncləri təltif etdi.


Günay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir.

Prezident gəncləri təltif etdi.

Şəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir.

Prezident gəncləri təltif etdi.

Qədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir.
Prezident gəncləri təltif etdi.


“Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Prezident gəncləri təltif etdi.

Fuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiridir.

Paylaş
Xəbər lentİ