"Hollandiya həddini bilsin" - Qənirə Paşayevadan Türkiyəyə DƏSTƏK

Oxunma sayı: 715
14-03-2017, 13:01

"Hollandiya həddini bilsin" - Qənirə Paşayevadan Türkiyəyə DƏSTƏK

"Hollandiya həddini bilsin"

Bu sözlər, Hollandiyanın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərlərinə icazə verməməsinə münasibət bildirən millət vəkili Qənirə Paşayevaya məxsusdur.

arasdirma.info "Haber7"yə istinadən xəbər verir ki, Qənirə Paşayeva Türkiyənin rəsmi təmsilçilərinə qarşı edilən hörmətsizliyin dünyanın müxtəlif yerlərində yaşayan türklər tərəfindən qınandığını bildirib:

"Hollandiyada küçələrə toplaşan insanlara şiddət tətbiq edilməsi ağlasığmazdır. Buradan Hollandiyada islamofobiya və türkofobiyanın nə dərəcə artdığı aydın olur".

Millət vəkili həmçinin əlavə edib:

"Hollandiyada bəzi qrupların Türkiyə əleyhinə çalışan güclərə dəstək verməsindən sonra yaşanan bu hadisə Türkiyədəki insanlar qədər Azərbaycanı və digər qardaş toplumları da narahat edir. Biz Hollandiyanın səlahiyyətli nümayəndələrinin üzr istəmələrini gözləyirik. Çünki gərginliyin artması Hollandiya-Türkiyə münasibətləri ilə yanaşı, Avropadakı gərginliyi də artıra bilər. Bunun nəticəsi isə daha da ağır olar. Biz həmişə qardaş Türkiyənin yanındayıq".

Paylaş
Xəbər lentİ