Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması labüddür - PREZİDENT

Oxunma sayı: 97
14-03-2023, 18:26

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması labüddür - PREZİDENT
Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub.

Arasdırma.info xəbər verir ki, dövlət başçısı bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.

Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib. //hurriyet

Paylaş
Xəbər lentİ