Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son qoydu

Oxunma sayı: 96
18-03-2023, 00:18

Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son qoydu
Türkiyə Super Liqasında XXVI tura start verilib.

Arasdırmai.nfo xəbər verir ki, açılış matçında lider “Qalatasaray” Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı İstanbul klubununun heyətində Millot Raşitsa açsa da, Soner Dikmen və Oğulcan Ülgünün qolları Konya təmsilçisinə qələbə qazandırıb.

Beləliklə, “Qalatasaray”ın Super Liqada 14 oyunluq qələbə, 15 matçlıq məğlubiyyətsizlik seriyalarına son qoyulub.
Emreli meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, 15-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Məğlubiyyətə baxmayaraq, 25 matçda 60 xal toplayan “Qalatasaray” vahid liderdir. “Aslanlar” ən yaxın izləyicisi “Fənərbağça”dan 9 addım öndədir. Xalını 34-ə çatdıran “Konyaspor” 8-cidir.

Paylaş
Xəbər lentİ