Sərhədi pozan İrana zərbə - Yerindəcə məhv edildi

Oxunma sayı: 100
4-04-2023, 00:28

Sərhədi pozan İrana zərbə - Yerindəcə məhv edildi
Bazar günü axşam saatlarında naməlum pilotsuz uçan aparat (PUA) Suriyadan İsrailin hava məkanını keçib.

Arasdırma.info xəbər verir ki, bundan sonra İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri və döyüş təyyarələri havaya qaldırılıb.

İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, bütün uçuş zamanı təyyarə Hərbi Hava Qüvvələrinin nəzarəti altında olub, sonra isə vurulub.

Açıqlamada qeyd olunur ki, müdaxilə araşdırılır, hazırda vurulan PUA-nın qalıqları axtarılır.

İsrail Müdafiə Nazirliyi ölkənin hava məkanına müdaxilə edərkən vurulan dronun İrana məxsus olmasından şübhələnir.//teleqraf

Paylaş
Xəbər lentİ