Zod Qızıl Mədəni bağlandı: 800 erməni işsiz qaldı

Oxunma sayı: 95
25-04-2023, 22:12

Zod Qızıl Mədəni bağlandı: 800 erməni işsiz qaldı
Ermənistanla Azərbaycan sərhəddində yerləşən Zod qızıl mədəninin fəaliyyəti bu gündən etibarən tamamilə dayandırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” nəşri orada çalışan erməni işçilərə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə gün əvvəl sərhəddə baş verən insidentlə əlaqədar işçilər mədənə gedə bilməyiblər. Erməni tərəfi Azərbaycan hərbçilərinin guya, onları atəşə tutması xəbərini tirajlasalar da, məlumat təsdiqini tapmayıb.

Onlara evlərində olmaları və yaxın günlərdə məlumat veriləcəyi xəbərdarlığı olunub. Bu gün isə Qeqarkunik rayonunun qubernatoru Karen Sarkisyan işçilərlə görüşərək, Zod qızıl mədəninin fəaliyyətini tamamilə dayandırdığını bildirib. O bildirib ki, mədən bundan sonra işləməyəcək.

Qeyd edək ki, Zod qızıl mədənində 800-ə yaxın şəsx çalışırdı. Mədəni işlədən şirkət bildirib ki, onlar işçilərin əmək haqlarınınm 1/3-də birini ödəyəcəklər. İşçilərdən 40 nəfəri isə Rusiya şirkətlərindən birində işlərinə davam edəcəklər.

İşçilərin iddiasına görə, mədənin bağlanması Ermənistanla Azərbaycan hakimiyyəti arasında əldə olunmuş razılaşmaya əsaslanıb. Onların yerli mediaya verdikləri açıqlamalarında qeyd olunur ki, guya, yaxın günlərdə İrəvanla Bakı arasına sərhədlərin demarkasiyasına dair sənəd imzalanacaq və Zod qızıl yatağının düşdüyü ərazi də Azərbaycana veriləcək.

Paylaş
Xəbər lentİ